İmam Huseyn (ə) Kərbəlada
peyğəmbərlərin yolunu tərk etmişdirmi?
Sual: Həzrət Musanın (əleyhissalam) Firon tərəfindən can qorxusu olduğu halda Allah təala ona əmr etdi ki, Fironu qorxutsun. Buna görə buyurdu: ”İkiniz də fironun yanına gedin. Həqiqətən o həddini aşmışdır və onunla yumşaq tərzdə danışın”(Ta ha 43,44).” Həmçinin, Qureyş böyüklərinin Həzrəti Rəsuli Əkrəmi (sallallahu əleyhi və alih) qətlə yetirmək istəməklərinə baxmayaraq, Allah təala öz Əziz Peyğəmbərinə əmr etdi ki, “Pisliyi yaxşılıqla dəf et” (Fussilət 34). Bəs İmam Huseyn (əleyhissalam) Yezid və onun tərəfdarları tərəfindən can qorxusu olduğu bir halda hansı dəlilə əsasən İlahi peyğəmbərlərin yolunu özünə əsas götürmədi? Yəni, Həzrət Musa (əleyhissalam) kimi yumşaq danışmadı? Cihad bir növ kobudluq deyildimi?
Cavab: Əgər Kərbəla tarixini düzgün şəkildə oxusalar, görəcəklər ki, İmam Huseyn (əleyhissalam) və əziz köməkçiləri düşmənləri döyüşdən çəkindirməkdə tamam gücləri ilə çalışmaqlarına baxmayaraq, təəssüflər olsun ki, bu çalışmalar nəticəsiz qaldı. Bütün bunları nəzərə alaraq İmam (əleyhissalam) köməkçilərinə döyüşə başlamağa icazə vermədi və gözlədi ki, düşmənlər doyüşə başlasınlar. Nəticədə, Həzrət Huseynin (əleyhissalam) cihadı Cəddi olan Allah Rəsulunun (sallallahu əleyhi və alih) müşriklər, yəhudilər və digərləri ilə olduğu kimi müdafiə cihadı idi.
(Yəni İmam Huseyn (əleyhissəlam) digər peyğəmbərlər kimi ilk öncə öyüd və nəsihətlər edərək, Allahın Quranda buyurduğu əmrə tabe olub onlarla yumşaq danışdı. Bunlar fayda vermədikdə İmam (əleyhissəlam) düşmənin ilk olaraq döyüşə başlamasını gözlədi və nəticədə o, müdafiə cihadı etmiş oldu. Red.)
Mənbə: Ayətullah Seyid Sadiq Ruhani, “İmam Huseynin (əleyhissalam) qiyamı və Aşurası.”
Hazırladı: Orxan Əskərov