Ana Səhifə

Yeni məqalələr

Badkubi Mədrəsəsinin açılış mərasimində Ayətullah Seyid Sistaninin ofisinin çıxış nitqi

2025-10-29 494

Ötən əsrin əvvəllərində (təqribən 1907-ci ildə) Bakı şəhərinin sakini olmuş xeyriyəçi Hacı Əli Nəqi Badkubi tərəfindən elm və mərifət ocağı olan müqəddəs Nəcəf hövzəsində burada dini təhsillə məşğul olan, xüsusən də Azərbaycandan olan tələbələr üçün nəzərdə tutulmuş bir mədrəsə inşa edilmişdir. İnşa edilən bu mədrəsə Bakı şəhərinin qədim adı olan Badkubə adı ilə tanınmışdır. Bu mədrəsə uzun illər dağınıq və xarab vəziyyətdə olduqdan sonra şiə aləminin ən əzəmətli mərceyi-təqlidi olan Ayətullah Seyid Əli Sistaninin göstərişi və maddi dəstəyi ilə yenidən inşa edilərək tələbələrin ixtiyarına verilmişdir.

İlk dəfə xüms çıxaran şəxslər üçün şəriət məsələləri

2025-10-25 334

Bir çox mömin gənclik illərində xüms verməyə səhlənkar yanaşır və bu vacib vəzifəyə lazımi diqqət yetirmirlər. Lakin zaman keçdikcə, müəyyən yaş həddinə çatdıqda mal-dövlətlərinin xümslə qarışıq olduğunu anlayır və onu necə hesablayıb ödəyəcəkləri mövzusunda çaşqınlıq yaşayırlar.

Ayətullah Seyid Əli Sistaninin gənc möminlərə nəsihətləri

2025-02-01 1436

Bir neçə il öncə bir qrup gənc mömin Ayətullah Seyid Əli Sistaniyə müraciət etmiş, onlara nəsihət verməsini xahiş etmişdilər. Ayətullah Seyid Əli Sistani də onların bu müraciəti əsasında onlara öz dəyərli nəsihətlərini vermişdi. Çox keçmədən bu məktub və cavab Seyidin rəsmi saytında dərc edildi. “Besiret.az” saytı olaraq bu dəyərli nəsihətlərdən azərbaycanlı möminlərin də faydalanması üçün həmin məktubu tərcümə edib saytımızda yerləşdirməyi qərara aldıq.

İslam hüququnda miras (2)

2024-11-20 873

Məqalənin birinci hissəsində miras barədə bəzi ümumi məlumatlara, habelə ər-arvad və birinci təbəqədən sayılan ata-ananın mirası barədə əsas məsələlərə toxunduq. İkinci hissədə isə birinci təbəqədən olan digər şəxslərin mirasdakı payları barədə məlumat verəcək, sonda isə miras mövzusu haqqında ortaya atılmış bir şübhə və onun cavabını qeyd edəcəyik.

İslam hüququnda miras (1)

2024-11-10 750

Miras və ya irs “bir şəxs vəfat etdikdə onun malının, yaxud haqqının onunla arasında nəsəb və ya səbəb əlaqəsi olan (bunların izahı az sonra qeyd ediləcək) digər bir şəxsə keçməsidir”. Bu məqaləmizdə islamda mirasla bağlı əsas məsələlər, varislərin təqsimi, miras hüququndan məhrum olmağa səbəb olan şeylər və ümumən mirasla bağlı əsas hökmlərdən danışacağıq. Miras məsələsi geniş mövzu olmasına baxmayaraq, biz bu məqalədə miras barədə daha çox qarşıya çıxan məsələlərə toxunacağıq.

Bankla bağlı şəriət məsələləri

2024-10-05 1791

Müasir dövrümüzdə möminləri ən çox maraqlandıran məsələlərdən biri də banklarla bağlı olan şəriət hökmləridir. Banklardan pul götürmək, banka qazanc əldə etmək məqsədilə pul yatırmaq, bankda işləmək və s. kimi məsələlər bir çoxlarını düşündürür. Gərək möminlər bu məsələlərə diqqətlə yanaşsınlar, çünki bəzən bankla yerinə yetirilən əməliyyatlarda dinimizdə haram edilmiş riba (sələm) təhlükəsi mövcud olur.

Samirradakı sərdabın sirri

2024-09-12 1188

Haqq fikirləri və haqq tərəfdarlarını gözdən salmağın ən asan yollarından biri həqiqətləri təhrif etməkdir. Batil əhli haqqın yayılmasının qarşısını almaq üçün müxtəlif yalanlara əl atır, bununla da həqiqətləri avam və məlumatsız insanlardan gizlətməyə çalışırlar. Təəssüflər olsun ki, müasir dövrümüzdə insanların əksəriyyəti gördükləri şeylərə ilk baxışda inanır, əldə etdikləri məlumatların doğruluğunu araşdırmağa gərək duymurlar.

Təkəbbür – insanı zəlalətə aparan amil kimi

2024-04-15 1290

Təkəbbür adətən özünü böyük görmək, hər şeyə yuxarıdan aşağı baxmaq, həddindən artıq iddialılıq kimi izah olunur. Görəsən, adi bir xüsusiyyət kimi laqeyd yanaşdığımız bu xislət insanın zəlalətə düçar olmasına səbəb ola bilərmi? Necə olur ki təkəbbür hətta insan əqlinin doğruluğuna qane olduğu məsələlərdə belə onu həqiqətləri qəbul etməkdən saxlayır?